Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə ithafən “Miss Eurovision of Azerbaijan 2014” gözəllik müsabiqəsinin iştirakçıları arasında futbol yarışı keçiriləcək.
Bu haqda Oxu.Az-a “High Life Fashion & Model Academy”nin baş direktoru Aqil Məmiyev məlumat verib.
Onun sözlərinə görə, “High Life Fashion & Model Academy” tərəfindən təşkil olunmuş “Miss Eurovision of Azerbaijan 2014” gözəllik yarışmasının müsabiqəçiləri arasında 16 iyun saat 18:00-da Sərhədçi İdman Olimpiya Mərkəzində futbol yarışı başlayacaq.
Müsabiqəçilərə dəstək olmağa tanınmış incəsənət xadimləri, müğənnilər, aparıcılar və iş adamları gələcək.
Qeyd edək ki, layihənin rəhbəri Mübariz Allahverdizadə, baş prodüseri Aqil Məmiyev, təşkilatçısı Samirə Hacızadədir.

Aytən Sadıqzadə
www.oxu.az