Xəbər verdiyimiz kimi gözəllik yarışmasına sənəd qəbulu davam edir.
Oxu.Az xəbər verir ki, müsabiqəyə sənəd qəbulu noyabr ayının 28-də bitəcək. 29 noyabrda isə finala vəsiqə qazanan 24 nəfər xanımın adı açıqlanacaq.
Kastinq saat 13:00-da, “Grand Hotel Europa”da “Stand Up Club”da (keçmiş Capones club) olacaq.
Odur ki, tələsin, son bir gün qaldı. Bəlkə “Miss Globe Azərbaycan – 2015” məhz siz olacaqsınız...
Müsabiqənin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

Aytən Sadıqzadə