Noyabrın 12-də Honkonqda “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı AES Group-un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev verib.
““Miss Model of the World 2014”-ə qatılan 20 yaşlı modelimiz Kamilla Ələkbərova noyabr ayının 11-də ölkəmizi təmsil etmək üçün Honkonqa yola düşəcək. Yarışmaya hazırlıq tam sürətilə davam edir. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcək. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək”.
Nəzərinizə çatdıraq ki, müsabiqə 1988-ci ildən bəri hər il dünyanin nüfuzlu ölkələrində keçirilir.
Onu da qeyd edək ki, yarışmanın İnternational direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Aytən Sadıqzadə
Foto: Ratmir Şərifov