26 yaşlı britaniyalı “plus size” model İskra Lourens (Iskra Lawrence) Nyu- Yorkda metroya mindikdən sonra gözlənilməz hərəkəti ilə sərnişinləri təəccübləndirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, qara geyimli model bir müddət sonra libasını çıxarıb və alt paltarında nitq söyləyib.
“Bir zamanlar gözəllik standartlarına uyğun olmadığım üçün özümə nifrət edirdim. Lütfən, özünüzü olduğunuz kimi qəbul edib, bu şəkildə də sevin”, -deyə o, bildirib.
Lourens çıxışını bitirdikdən sonra libasını geyinərək metronu tərk edib.
A.S.
www.oxu.az