Tanınmış model Səbinə Allahverdiyevanın modelliyi tərk edib, vizajistliyə başlaması barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, keçmiş model artıq bu haqda sosial şəbəkədə elan da verib:
“Dəyərli, gözəl qızlarımız, artıq mən vizajistliyə başlamışam. Model işimdən yavaş-yavaş uzaqlaşıram. Gözəl xanımlarımızı xeyir işlərində bəzəməyə hazırıq”.
Daha sonra Allahverdiyeva tovuzquşunu xatırladan libasının fotosunu İnstagram səhifəsində paylaşıb.
Həmin fotonu sizə təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az