Sənan Əliyev – məşhur, ən əsas isə istedadlı fotoqrafdır. Fotorəssamın işlərinin arasında qeyri-adi xarici görünüşü olan bir qızın şəkillərinə tez-tez rast gəlmək olar. Sənan onun şəklini başqalarına nisbətən çox tez-tez çəkir. Aydın oldu ki, bu Sənanın sevimli modeli və “ilham pərisi”dir.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Sənan Əliyevin “ilham pərisi”nin adı Tamilla Kəmaləddinovadır. O, peşəkar idmançıdır. Bəli, model karyerasına qədər həndbolla məşğul olub, aldığı zədə onu idmanla sağollaşmağa məcbur edib, qeyri-adi xarici görünüşü və fiziki göstəriciləri isə onu model biznesinə gətirib çıxarıb.