“Möhtəşəm maşın” şousunun növbəti buraxılışı bayram əhval-ruhiyyəli olub.
Oxu.Az xəbər verir ki, verilişə qonaq qismində qatılan məşhurlar öz sevilən nəğmələrini səsləndiriblər.
Məşhurlar arasında müğənni Zamiq Hüseynov, Elçin Hüseynov, Aşıq Əli və başqaları olub.
Verilişin ən maraqlı məqamı isə iştirakçılarla ailələri arasında əlaqə yaradılması olub. Belə ki, hər 3 finalçının ailə üzvləri müsahibə vasitəsilə iştirakçılara öz xoş sözlərini ünvanlayıb. Bu video çarxlardan kövrələn iştirakçılar göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişin finalçılarıdır.
Aytən Sadıqzadə
www.oxu.az