Reper Bahh Tee Moskvada mənzilinin qarət edilməsi barədə məlumatı təkzib edib.
Oxu.Az xəbər verir ki, reper özünün “Twitter” səhifəsində dostunun mənzilinin qarət edildiyini, adının isə təsadüfən hallandığını yazıb.
Сообщения СМИ о том, что меня ограбили - неправда. Ограбили моего друга, тоже артиста, мое имя всплыло случайно. Спасибо всем за переживания, с утра получил кучу звонков и СМС.
— Bahh Tee (@bahhtee) March 10, 2019
Сегодня день рождения моей мамы, давайте лучше пожелаем ей добра и счастья.
“Super” nəşri isə məlumat yayıb ki, Bahh Tee-nin qarət olunan dostu reper Navai-dir (Nəvahi Bəkirov).
Milliyyətcə azərbaycanlı olan Nəvahi Bəkirov “HammAli & Navai” duetinin iştirakçısıdır.

Bildirilir ki, martın 8-də naməlum şəxslər N. Bəkirovun mənzilinə daxil olaraq oradan 5 mln rubl (130 min AZN) pul aparıblar.
Reper Navai bu duruma optimizmlə yanaşdığını və təəssüflənmədiyini bildirib.
“Çünki pula adi yanaşıram. Pul mənim üçün gəldi-gedərdi”, - deyə o vurğulayıb.
12.29
Rusiyada tanınmış reperin evi qarət olunub.
NTV telekanalının yaydığı məlumata görə, əslən azərbaycanlı olan “Bahh Tee”nin (Bəxtiyar Əliyev) evindən 4 milyona yaxın rubl pul oğurlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.