Tanınmış muğam ustadı, xalq artisti Arif Babayev son vaxtlar sosial şəbəkələrin və mətbuatın gündəmində olan müğənni Maral Tahirqızıdan danışıb.
Oxu.Az publika.az-a istinadən xəbər verir ki, Arif Babayev açıqlamasında belə bir tələbəsinin olmadığını söyləyib:
“Mənim elə bir tələbəm olmayıb. Amma o qadın xatirimdədir. O vaxt hərdənbir mənim sinfimə gəlib-gedirdi. Lakin dediyim kimi, tələbəm deyil”.
Sənətkar M.Tahirqızının “ən geniş səs diapazonuna malik olmağı” barədə fikirlərini isə təbəssümlə qarşılayıb:
“Hərə bir söz deyir. O da belə deyir də. Heç nə olmaz”.
Qeyd edək ki, M.Tahirqızı sosial şəbəkədəki paylaşımlarında Arif Babayevin tələbəsi olmaqla yanaşı, dünyada ən geniş səs diapazonuna malik olduğunu bildirmişdi.