Britaniyalı müğənni Sem Smitin Ceyms Bond filminin yeni hissəsi – “Spectre” üçün oxuduğu “Writing’s on the Wall” mahnısı Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu bəstə film tarixində ilk dəfə Britaniya hitparadının ilk onluğunda yer alıb.
Semin “In the Lonely Hour” adlanan albomu isə 69 həftə musiqi çartının ilk onluğunda olub.