Xalq artisti Ramiz Novruzun oğlu, müğənni Cavidan Novruz ilk dəfə ailəsi ilə fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı həmin şəklə aşağıdakı şərhi yazıb:
“Bir çoxları təəccüblənəcək ki, Cavidan evli imiş? Xanımımın şəklini hər gün paylaşmağı sevmirəm. Ona görə də insanlarda belə fikir yaranıb. Həyat yoldaşımın 30 yaşı tamam olur. Onu təbrik edirəm. Ən pis günümdə də yanımda olsun. Çox xoşbəxtəm ki, uzun müddətdir içimizdə tükənməyən istək var. Bir-birimizə istəyimiz hər gün artır. Xoşbəxtəm ki, həyatımda oğlumuz Turan var. Sizi sevirəm”.
