Müğənni Kərim Abbasov Türkiyə səfərindən qayıdıb.
Oxu.Az xəbər verir ki, ATV-də yayımlanan “Onlar” verilişinə açıqlama verən ifaçı tanınmış türkiyəli müğənni ilə duet oxuyacağını deyib:
“Bu layihəni həyata keçirmək üçün 200 min manat pul lazımdır. Gərək evimi satım ki, o qədər məbləği əldə edim. Sonra kirayədə yaşayacam? Ən yaxşı variant sponsor tapmaqdır. Bizdə isə kişiyə sponsorluq edən yoxdur. Gərək qadın olasan ki, sponsorun olsun”.
Türkiyəli duet ortağının adını açıqlamaq istəməyən Kərim onun baş hərflərinin M.B. olduğunu deyib. K.Abbasovun sözlərinə görə, bu layihədə ona ancaq bəstəkar Gövhər Həsənzadə kömək edə bilər.
Aytən Sadıqzadə