Müğənni Xatunun (Nərgiz Əliyeva) bir müddət əvvəl oğlu Adil üçün elçiliyə gedərək qız evindən “hə” cavabı alması və yaxın müddətdə toy edəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bu barədə Oxu.Az-a açıqlama verən müğənninin köməkçisi yayılan xəbərləri yanlış anlaşılma adlandırıb:
“Belə bir xəbər yoxdur, bunlar şayiədir. Elçilik isə başqa bir adam üçün edilib. Xatun həmin elçilik mərasimini öz hesabında paylaşıb. Yəqin ki, onun bu paylaşımı yanlış anlaşılıb”.
Dilşad Bəhruzqızı