Türkiyənin tanınmış müğənnisi, gənc qızların sevimlisi Gökhan Tepenin bahalı avtomobili oğurlanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gebzə Darıcada konsert verməyə gedən müğənni əvvəlcə avtomobilini İstanbulda Balmumcudakı ofisinin qarşısında saxlayıb. Qayıdanda isə onun yerində olmadığını görüb.
Gökhan Tepe 250 min TL dəyərində olan ağ rəngli “BMW 5.20” markalı avtomobilinin oğurlanması barədə polisə müraciət edib.
Avtomobilin tapılması üçün axtarışlar davam edir.
Aytən Sadıqzadə