Məşhur müğənninin evlilik xəbəri yayıldı.
Oxu.Az xəbər verir ki, “Sevdamın adı sən” adlı lirik mahnısı ilə tamaşaçıların sevimlisinə çevrilmiş gənc müğənni Nurlan Təhməzli tezliklə subaylıqla vidalaşacaq.
Nurlan sevib-seçdiyi xanıma artıq evlilik təklifi də edib. Ən maraqlısı isə müğənnini bu təklifi qeyri-adi formada etməyi olub. Amma hələlik bu haqda məlumat və Nurlanın kim ilə evlənəcəyi sirr saxlanılır.
Xatırladaq ki, Nurlan Təhməzli müğənniliklə bahəm bəstəkarlıq fəaliyyəti ilə məşhurdur. Belə ki, o, Elnur Məmmədovun “Sərin gecələr”, Sevda Yəhyayevanın “Unut” mahnısı kimi bir çox hitlərin müəllifidir.