Yaxın günlərdə “La La” adlı albomunu təqdim edən Tuğba Altıntop ilk dəfə xərçəngə tutulduğunu açıqlayıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2003-ci ildə müğənni Rafet El Roman ilə qalmaqallı şəkildə boşanan, o dövrdə qızları Şevval və Su ilə ayrı yaşamaq məcburiyyətində qalan Altıntop həyatındakı çətin günlərinin bədənində xərçəng hüceyrələri yaratdığını deyib.
El Romanın uşaqlarını Almaniyaya aparması ilə qızlarına həsrət qalan Tuğba Altıntop o zaman limfa düyünü xərçənginə tutulduğunu bildirib. Bu xəstəliklə 6 ay mübarizə aparan müğənni 43 kiloya düşdüyünü və Rafet El Romanın bu vəziyyəti bilməsinə baxmayaraq, ona dəstək olmadığını söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az