“Çox xoşbəxtəm ki, belə cəsarətli addım atdım”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Murad Arif solo konsertindən öncə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün konsertdə yeni mahnısının təqdimatı olacaq:
“Bu dəqiqə nələr yaşadığımı bilmirəm. Çox xoşbəxtəm ki, belə cəsarətli addım atdım. Həyatımın ən önəmli mərhələsidir. Gecə maraqlı sürprizlərlə dolu olacaq. Aygün Kazımova ilə duetimiz olacaq. Həmin mahnıya klip də çəkməyi düşünürük”.
M.Arif solo konsertinin onun üçün hesabat xarakterli olduğunu deyib:
“Bu gün başqa duetlərim də olacaq. Bu duet mənim üçün gözlənilməz oldu. Dostum Günel Zeynalova konsert üçün Bakıya gəlib. Çox xoşbəxt oldum. Bu gün səhnədə “tufan” qopacaq. Həyəcan hələ ki, yoxdur. Birazdan olacaq. Sanki “Avroviziya”da səhnəyə çıxacağam. Risk idi. Konsertdə 9 il ərzində olan hitlər səslənəcək”.
Nəzrin Vahid
Rəylər