Dünən “Əməkdar artist” adına layiq görülən tanınmış şoumen Murad Dadaşov təəssüratlarını bölüşüb.
Oxu.Az xəbər verir ki, şoumen sosial şəbəkə vasitəsilə prezident İlham Əliyevə təşəkkürünü bildirib:
“Dünən imzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə, prezidentimizə çox minnətdaram. Azərbaycanın əməkdar artistləri sırasında olduğum üçün qürur duyuram”.

Elvin Əhmədov
www.oxu.az