Müğənni Nadir Qafarzadə ötən gün “Gündəlik” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bütün həmkarları ilə mehriban olub, qalmaqallardan uzaqlaşmaq istədiyini deyən sənətçi günah qazanmaq istəmədiyini bildirib.
Aparıcı Mətanət Əliverdiyevanın “Gəl, intriqa yaradaq. Sən neçə illərdir efirdəsən, mən də bir aydır, şou-biznesə qatılmışam. İstəyirəm, intriqa yaradım, məndən də yazsınlar” zarafatına N.Qafarzadə “Gəl, səni öpüm, hər yerdə yazsınlar” – deyə cavab verib. Daha sonra müğənni ayağa qalxaraq aparıcını öpüb.