Müğənni Nadir Qafarzadə İnstaqramda paylaşdığı fotonu tənqid edənlərə sərt reaksiya bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə bu sözləri yazıb:
“Bu, bir obrazdır. Görəsən, bu obrazın altında nələr yatır? Əl çəkin artistlikdən, özünüz olun, biz kimisə aldada bilərik. Amma Allahı aldatmaq heç ağlınıza gəlməsin.
Həyatda pislik edənlər, ev yıxanlar, işverənlik edənlər, onun-bunun işinə mane olanlar İnstaqramda mələk kimi görünürlər. Bir çox bəzi savadsızlar və avamlar sizə inandı, bəs Allah? Ondan qorxmursunuz?

Mənim sözümü anlayan anlayacaq, anlamayansa, eşşək gəlib, eşşək də gedəcək. “Mən Allaham” deməklə, Allah olmur. Heç olmasa, insan olun. Dediklərinin 10 faizini əməlində göstər.
Mən isə ömür boyu insanlardan qorxmuşam. Geyimə gəldikdə isə, burada çox məna var. Şərhə ehtiyac duymuram. Allah birdir və təkdir. Ondan qorxun. Bir gün əməllərinizin hesabını verəcəksiniz. Unutmayın, yalanlaşar bu yer üzü, aldatmayaq bir-birimizi”.