Əməkdar artist Naibə Allahverdiyeva açıq-saçıq geyinənlərdən bəhs edib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ANS TV-də yayımlanan “İncə maraqlar” verilişində qonaq olan aktrisa geyim mövzusunda söhbət edərkən gənclik illərində necə geyinməsindən də söz açıb.
Əməkdar artist xanımların geyim seçərkən bədən quruluşuna uyğun geyinməli olduqlarını vurğulayıb: “Mən həmişə sinəsi açıq geyinmişəm. Gənclik illərimdən, tələbəlik illərimdən ta indiyə qədər belə geyinmişəm. Çünki mənə deyirdilər ki, sənə sinəsi açıq çox yaraşır. Amma kiloluyam deyə mini yubka mənə yaraşmır”.
Aktrisa həmçinin, müəyyən dövrlərdə oynadığı tamaşalarda geyindiyi geyimlərə görə qınanıldığını, hətta “Naibə xanım açıq-saçıq rollar oynayır”, deyildiyini də etiraf edib.