Rejissor Nail Naiboğlu yeni layihəyə imza atıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Zirvədəkilər” adlanan layihə yerli telekanallardan birində yayımlanacaq.
Layihədə şou-biznes nümayəndələri müxtəlif nominasiyalar üzrə yarışacaq və izləyicilərin səsverməsi nəticəsində qalib müəyyənləşəcək.
N.Naiboğlu bildirib ki, layihənin ilk sayının çəkilişi baş tutub. Layihədə məşhur simalar, əməkdar artist Ədalət Şükürov, müğənnilər Nadir Qafarzadə, Səbinə Babayeva, Samira, Natəvan Həbibi, Elton Hüseynəliyev, tarzən Humay Qədimova və başqaları çəkiliblər.
Nominantlar performanslarını hər həftənin cümə günü “Bu saat” proqramında göstərəcəklər. İlk buraxılış fevralın 14-də efirə gedəcək.
Layihənin mükafatlandırma mərasimi mayın əvvəlində baş tutacaq.