Əməkdar artisti, Rus dram teatrının aktrisası, bir çox layihələrə imza atan Naina İbrahimova ailə qurmağa hazırlaşır.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, avqust ayında kəbin nikah mərasimlərinin reallaşdırdığını söyləyən aktrisa yaxın günlərdə toy olacağını söyləyib.
Naina açıqlamasında bildirib ki, oktyabr ayında toy mərasimi baş tutacaq.
Qeyd edək ki, Naina İbrahimova azərbaycanlı televiziya tamaşaçılarına daha çox “Bəyaz həyat” serialında canlandırdığı “Rəna” obrazı ilə tanınır.