Tədbirlərin birində səhnə alan Xumar Qədimovanı səhnə arxasında dinləyən meyxanaçı Namiq Qaraçuxurlu ona olan hisslərini gizlətməyib.
Oxu.Az ATV telekanalında yayımlanan “Onlar” verilişinə istinadla xəbər verir ki, meyxanaçı Xumar xanıma olan sevgisi və hörmətindən bəhs edib:
“Xumar xanım mənin çox istədiyim insandır. Sevə-sevə maç elədim onu. O, nazlı xanımdır. Əksər insanlar elə bilir ki, onun hamı ilə problemi var. Əslində, elə deyil. Böyük məmnuniyyətlə onunla duet oxuyardım. Bizim ruh bağlantımız var. Onun yazdığı mahnılar, ifa tərzi mənə çox yaxındır”.
Xumar Qədimova isə öz növbəsində Namiq Qaraçuxurlunun ifasını çox bəyəndiyini etiraf edib:
“Ola bilər, niyə də olmasın? Lirik, yaxud ritmik mahnı ifa edə bilərik. Onun ifa etdiyi nəğmələr gözəldir”.
Aytən Sadıqzadə
www.oxu.az