Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesdən getmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, Lent.az-a açıqlama verən söz ustasının bildirdiyinə görə, şou aləmindən uzaqlaşıb, öz biznesini quracaq:
“Hazırda şou-biznes ürəkaçan vəziyyətdə deyil. Söz-söhbətlər, dava-qırğınlar, qeybətlər. Böyük danışmayım, amma bu aləmdə mənə yaraşmayan insanlar var. Məcburən onlarla bir qazanda qaynamalıyam. Bunu isə xarakterim qəbul etmir. Bu aləmdən uzaqlaşıb nə işlə məşğul olacağımı sirr saxlayıram. Sadəcə öz biznesimi qururam. İş adamı olacam. Onu da deyim ki, şoudan uzaq olsam da, sənətdən getməyəcəm. Mahnılarımı yazacam. Yaradıcı fəaliyyətimi davam etdirəcəm. Konkret şou-biznesdən getdiyim günü elan edəndən sonra isə, televiziya proqramlarına çıxmayacam”.
Qeyd edək ki, 1978-ci il noyabrın 8-də Qaraçuxurda anadan olan meyxanaçı ifaçılıq fəaliyyətinə 1999-ci ildə ilk kasetini çıxararaq başlayıb. 2001-ci ildə isə “And içmişdik” adlı albomu və “Rəvayət” klipi ilə tanınmağa başlayıb.