Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə ilk avtomobilinin fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, meyxanaçı şəklə bunları yazıb:
“Bu şəkli bir tanışım çəkib. Sahibi olduğum ilk avtomobildir. Azərbaycanın demək olar ki, bütün rayonlarını, kəndlərini onunla dolaşmışam. Çox ruzili avtomobil idi. Şəklini gördüm o illər film kimi gözümün önündən keçdi. Zamanında mənim və meyxanaçı dostlarımın dadına çatan bu avtomobilin sahibi kimdirsə, can sağlığı ilə sürsün”.
