Hazırda Türkiyədə yaşayan aparıcı Nanə Ağamalıyeva İnstagram-da maraqlı yazı paylaşıb.
Oxu.Az-ın məlumatına görə, teleaparıcı onu gözüyaşlı qoyan insandan danışıb:
“Sabah Ramazan ayının ilk günüdür! Yadıma gəlir, 2-ci kursda oxuyurdum, ürəyimi bir insan çox qırmışdı. Səhərə qədər Qədr gecəsində ağladım. Üstündən 2 gün keçmədi ki, həmin insan gəldi çıxdı qarşıma və göz yaşları içində onu bağışlamağımı istədi. Şokdaydım.
O insanın üzr istəməyinə yox, Allahımın mənə işarəsinə. Ramazan ayında Allahım mənə həmişə mükafat verib. Bu, vacib orucdur və Allahımız buyurub ki, bütün sağlam insanlar oruc tutsun. Bizi yaradan belə buyurub. Oruc tutanların mükafatını Allahımız özü nəsib edir. Bu vacib orucda təbii ki, mükafat gözləmədən ruhumuzun təmizlənməsi üçün oruc tutsaq da Allahım yenə mükafatını əsirgəmir.
Ramazan ayını sevirəm, çünki bilirəm, məhz bu ay günahlarımın bağışlanması, əzizlərimin sağlığı üçün etdiyim bütün dualar bizi qoruyacaq!”.

Aytən Sadıqzadə
www.oxu.az