38 yaşlı aktrisa, müğənni və dizayner Nataliya Oreyro yeni kolleksiyasını təqdim edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, payız-qış kolleksiyasının adı “Matryoşka”dır.
Çoxdandır ki, Nataliya haqqında xəbərlər yox idi. Pərəstişkarları onun yeni filmə çəkildiyini, ya albom hazırladığını, ya da ümumiyyətlə nə ilə məşğul olduğunu bilmirdilər.
Aktrisa isə bütün bu müddət ərzində öz “Las Oreiro” brendinin yeni kolleksiyası üzərində işləyib.
Xatırladaq ki, “Vəhşi mələk” serialının qəhrəmanı 2007-ci ildə moda brendinin buraxılışını elan edib. Dəbli geyimləri o, öz bacısı Adriana bir yerdə yaradır.
Aktrisanın sözlərinə görə, kolleksiyanı rus pərəstişkarlarına həsr edib.
Yeni kolleksiyanın bir çox geyimləri gündəlik qarderobda uğurla istifadə ediləcək. Bu, hamı tərəfindən sevilən dar cinslər, rahat trikotaj kostyumlar, yun paltolar və parlaq keyplərdir.
Ziyafət geyimləri isə ipək futlyar-paltarlar, krujeva və parlaq toplar ilə bəzədilmiş klassik jaketlərdən ibarətdir.
Oreyro “lukbuk”unun çəkilişinə kreativ yanaşıb. Kadrlarda o, peşəkar model ilə qədim rus geyimində parça gəlinciklər və balalayka ilə çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az