Azərbaycanın populyar müğənnisi Natavan Həbibi “Aysel” dərgisinə müsahibəsində sənət sevgisinin ailə qurmağına mane olmayacağını deyib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni gələcək sevgilisinin hansı keyfiyyətlərə malik olmalı olduğundan danışıb.
“O insanın məni sevib, diqqət göstərməsi kifayət edər. Mənə qarşı olan hislərini hərəkətlərində göstərsin bəsdir.
Onun xanımı və bununla yanaşı öz evimizin xanımı olmaq mənə zövq verə bilər. Amma düşünmürəm ki, məni seçən insan sevdiyim sənətlə məşğul olmağıma qadağa qoysun. Səhnə həyatımın böyük hissəsidir. Vaxtı gələndə özüm gedəcəm.
Sevdiyim insanı xəyanətə görə belə bağışlaya bilərəm. Sevgi mənim üçün başqa varlıqdır. Əsas odur ki, qarşılıqlı olsun. Səhvlər hər kəsdə var, bağışlamaq lazımdır” – deyə, müğənni bildirib.