Müğənni Natavan Həbibi yeniliklərindən söz açdı.
Oxu.Az gənc müğənninin müsahibəsini sizə təqdim edir:
“Eltonla duet şəklində ifa etdiyimiz “Dənizin nəğməsi” klipinin çəkilişləri artıq bitdi. Hazırda montaj işləri gedir. Klipi fevral ayının sonunda təqdim etməyi nəzərdə tuturuq. Digər yeni mahnılar da var. Bu yaxında təqdim olunacaq mahnılardan biri “Sənsiz” adlanır. Mahnının musiqisi Alxanlıya, sözləri isə Gövhər Həsənzadəyə aiddir. Bu mahnıya da klip çəkiləcək. Planlaşdırılmış ən əsas layihələrədən biri isə solo konsert verməkdir. Artıq hazırlıqlar başlayıb, məşq gedir”.
Aytən Sadıqzadə
www.oxu.az