Müğənnilər Natavan Həbibi və Sheyh Ree (Şəhriyar Ramazanzadə) duet şəklində mahnı ifa ediblər.
Oxu.Az xəbər verir ki, “Ruhunla” adlanan mahnıya çəkilən klip yaxın günlərdə geniş auditoriyaya təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, reper Sheyh Ree “Turkvision 2013” milli seçimlərindən və ATV-nin layihələrindən biri olan “Qrup nömrə 1”-in iştirakçısı “KM family” qrupunun üzvü kimi tamaşaçılara tanışdır.
Yeni mahnının sözləri reperin özünə, musiqisi Sərxan Muradova və Orxan Bağırova məxsusdur.
Klipin rejissoru ukraynalı Aleks Anişenko, operator Çingiz Xankişiyev, prodüserlər Omar Abdulkerimov, Roland, Aysudur.
Xüsusilə bu klip üçün Natavan Həbibi “SWAG girl” obrazına girib. SWAG MDB ölkələrində reper Soulja Boy-un ifa etdiyi “Turn my swag on” mahnısı ilə məşhurdur. Bu gün “swag” dedikdə, adətən repçilərin istifadə etdikləri müəyyən geyim stili nəzərdə tutulur.
Qeyd edək ki, klip bu yaxınlarda təqdim ediləcək.
Oxu.Az “Ruhunla” layihəsinin tizerini sizə təqdim edir.
Aytən Sadıqzadə
www.oxu.az