Xəbər verdiyimiz kimi müğənnilər Natavan Həbibi və Sheyh Ree (Şəhriyar Ramazanzadə) duet şəklində mahnı ifa ediblər.
Oxu.Az xəbər verir ki, “Ruhunla” adlanan mahnıya çəkilən klip artıq geniş auditoriyaya təqdim olundu.
Yeni mahnının sözləri reperin özünə, musiqisi Sərxan Muradova və Orxan Bağırova məxsusdur. Klipin rejissoru ukraynalı Aleks Anişenko, operator Çingiz Xankişiyev, prodüseri Ömər Əbdülkərimovdur.
Oxu.Az “Ruhunla” layihəsini təqdim edir:
Aytən Sadıqzadə
www.oxu.az