Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.
Oxu.Az “Axşam.az”a istinadən xəbər verir ki, “Xəzər Maqazin”ə açıqlama verən ifaçı bunları deyib:
“Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki... O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı”.
Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:
“Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacam".
E.Ə.
www.oxu.az