Natavan Həbibinin vəkili Fərid Həsənov ötən gün xalq artisti Aygün Kazımovanın mediaya verdiyi açıqlamanın yalan olduğunu iddia edib.
Vəkilin Oxu.Az-a verdiyi məlumata görə, Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 1 oktyabr 2015-ci il tarixli, 8 (006) -1148 / 2015 saylı qərarı ilə xalq artistinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Vəkil həmçinin bildirib ki, bu son deyil, qətnamə yenə icra edilməzsə Aygün Kazımovanı başqa məcburi tədbirlər gözləyir.
Vəkilin məhkəmənin qərarı ilə bağlı yaydığı sənədin fotolarını təqdim edirik.
Xatrıladırıq ki, Kazımova ölkədən çıxışına qadağa qoyulması xəbərinin yalan olduğunu demişdi.
Aytən Sadıqzadə
www.oxu.az