Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib. Nazirliyə dəvət olunan müğənnilərdən ilin sonunadək vergi borclarını ödəmək tələb edilib.
Ötən gün isə vergi borcu olan şou-biznes nümayəndələrinin tam siyahısı açıqlanıb.
Oxu.Az məsələ ilə əlaqədar bir neçə məşhurla əlaqə saxlayıb.
Müğənni Rəqsanə İsmayılova:

“Məni 3 aya 104 min manat cərimə ediblər. Hal-hazırda Moskvadayam. Bu işlə vəkilim məşğul olur”.
Xalq artisti Brilyant Dadaşova:

“Mütəmadi olaraq vergini ödəyirəm və ən məsuliyyətli vergi ödəyicisiyəm”.
Şou-biznesin evli cütlüyü Nurkan və Lalə:

“Biz 800 manat cərimə olunmuşuq. Halbuki bizim VÖEN-imiz artıq 1 ildir bağlıdır, dondurulub”.
Aytən Sadıqzadə
www.oxu.az