Xalq artisti Nazpəri Dostəliyevanın cavanlıq fotosu yayılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, müğənninin sosial şəbəkədə yayılan fotosu 1973-cü ildə çəkilib. Fotoda müğənninin estetik əməliyyat keçirdiyi nəzərə çarpır.
49 yaşlı müğənni böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti “Nə olar, Allahım, ayırma bizi” mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir.
Ailəli olub. Sonradan evliliyə son qoyan müğənninin iki oğlu var.
![]()