Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əlinin ölümündən bir il ötüb.
Oxu.Az xəbər verir ki, müğənni bununla bağlı “Instagram” hesabında paylaşım edib.
O, paylaşıma bu sözləri yazıb:
“Sən həmişə mənimləsən. Bir il sənsiz yaşadığım iztirablı günlər... Verən də, alan da Allahdır. Verdiyinə şükür, aldığına səbir edirəm. Ürəyimdəki acı sönməyəcək, amma səbirli olacam. Şəhidlərimizin məkanı cənnət olsun. Ey igid övlad həsrəti ilə yanan yaralı analar, səbirli olun, səbir edək”.
Qeyd edək ki, müğənninin oğlu Əli Quliyev 41 yaşında ötən il martın 22-də ürək çatışmazlığından vəfat edib.