“Kurtlar Vadisi” serialının çəkilişləri zamanı keçirdiyi qəzadan sonra çənəsindən əməliyyat olunan Necati Şaşmaz ötən gün xəstəxanadan evə yazılıb.
Oxu.Az xəbər verir ki, aktyor günorta saatlarında müalicə aldığı Medikal Park Göztepe xəstəxanasını mediadan gizli tərk edib. Yaxınlarının köməyi ilə təkərli kürsü ilə xəstəxanadan çıxan məşhur aktyorun üzünə qoruyucu maska taxdığı öyrənilib.
Həkimi Necati Şaşmazın müalicəsinin evdə davam ediləcəyini söyləyib.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu”nun ötən mövsüm efirə gedən bölümlərində Suriyaya gedən Polat Alemdar ssenariyə uyğun bu maskanı taxmışdı.
Aytən Sadıqzadə