Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nərmin Kərimbəyova: “Verilişlərdə həmkarlarım üzümə xoşagəlməz sözlər deyirlər” - VİDEO
“Efirlərdən uzaq gəzməyimin səbəbi yorulmağım, enerjimin getməsidir. Efir məsuliyyətli insan üçün böyük təzyiqdir. Mən belə iş görməyi xoşlamıram. İstəyirəm, hər şey yaxşı olsun. Görəndə ki, artıq özümdə hansısa səhvlər başlayır, fikirləşirəm ki, artıq bir-iki ay fasilə etmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova qonaq olduğu verilişdə deyib.
Sənətçi bildirib ki, qatıldığı verilişlərdə dəfələrlə həmkarları tərəfindən təzyiq və xoşagəlməz hadisələrlə üz-üzə qalıb:
“Efirlərdə xoşagəlməz məqamlar çox olur. Deyirlər ki, filan qonaq çox problemlidir. Misal üçün filankəs deyir ki, bu və ya digər insanla efirə çıxmaq istəmirəm. Yalnız, dediyim şəxslərlə efirə çıxaram. Gəlirəm efirə, qonaqları görürəm, o söhbətlərin içinə düşürəm, bəzən stress yaşayıram. Bunu isə büruzə vermirəm ki, izləyicilərim narahat olmasınlar. İçimdə qalır və sonra özümə sual verirəm ki, nəyə görə o verilişə getdim? Qonaqlar sənə xoşagəlməz sözlər deyir, sınağa çəkməyə çalışırlar. Qonaq səninlə verilişdə elə davranır, deyirsən ki, ümumiyyətlə mən niyə bura gəlməyə razılıq verdim? Mənə qarşı dəfələrlə bu cür münasibət olub. Sadəcə heç bir zaman bunu bəlli etməmişəm”.
"Nərmin Kərimbəyova" teqi üzrə xəbərlər
- “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasından FOTOREPORTAJ
- Aygün Kazımovanın mahnısı Qorqudun ifasında yeni versiyada - VİDEO
- Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib - FOTO/VİDEO
- Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
- Qaraciyərini qardaşına verən Nərminin xəstəxanadan yeni görüntüsü - FOTO
Rəylər