Türkiyəli məşhur cütlük Neslihan Atagül və Kadir Doğuluya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşü zamanı son günlər gündəmdən düşməyən xəyanət mövzusu ilə bağlı sual ünvanlanıb.
Axsam.az xəbər verir ki, verilən sualın ardından aktyorlar əsəbiləşiblər.
“Həqiqətən bu, sənin üçün maraqlıdır? Gördüyünə niyə inanmırsan?”, - deyə Neslihan cavab verib.
Kadir Doğulu isə qeyd edib:
“Mədəni bir cəsarətlə gözəl sual verdi. Haraya gedəcəyini anladığım üçün müdaxilə edirəm. Hər birimizin şəxsi həyatı var. Kənardan biri sizi izləyirsə, bu, şəxsi həyat deyil. Mənim və həyat yoldaşımın şəxsi həyatı ilə maraqlanırsınızsa, ondan soruşun: bu qədər çıxan xəbərlərə baxmayaraq, necə belə gözəl həyat yoldaşı olursunuz? Niyə aranızda problem yaranmır?”
Xatırladaq ki, Kadirin səmimi videoları yayıldığı Sezer Çakırla kəbinli olduğu, ayrı evdə yaşadıqları və Neslihanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.
Türkiyəli məşhur cütlük Neslihan Atagül və Kadir Doğuluya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşü zamanı son günlər gündəmd...
Rəylər