20 milyon dollarlıq büdcəsi olan “Son məktub” filminin qala gecəsi keçirilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə baş rolda çəkilən Tansel Öngel, azərbaycanlı aktrisa Nəzrin Cavadzadə, Bülənt Şakrak, Hüseyn Avni Danyal və bir sıra tanınmış simalar iştirak edib.
N.Cavadzadə “Filmdə həkim Nihal obrazını canlandırmışam. O, Balkan savaşında bütün ailəsini itirib və könüllü şəkildə Çanaqqalada qulluq etməyə razılıq verib. Gənc qız Fuad adlı bir uşağı himayəsinə götürür və yüzbaşı Salehə aşiq olur. Sözdən çox susaraq yaşanan bir eşqi canlandırmaq çox çətin idi”, - deyə təəssüratlarını bölüşüb.