Dünyaca məşhur rep ulduzu Nicki Minaj səhnədə yanına gələn qadın pərəstişkarının istəyini qırmayaraq onun qucağında rəqs edib.
Oxu.Az xəbər verir ki, İngiltərədə başladığı “The Pinkprint” adlı turnesini Nottingham-da davam etdirən Nicki, səhnədəki qadın pərəstişkarı "Səndən qucaq rəqsi istəyə bilərəmmi?" deyə soruşduqda müğənni qulaqlarına inana bilməyib. Pərəstişkarının bir az daha yalvarmasına dözə bilməyən rep ulduzu onun qucağında rəqs edib.
Əyləncəli anların ardından "Aman Tanrım, az əvvəl nə oldu?" deyə soruşan Nicki Minaj maraqlı anı İnstagram-da paylaşıb.
Aytən Sadıqzadə