Məşhur müğənni Nigar Camal kökəlməmək üçün ciddi səy göstərdiyini və pəhrizlərdən bezdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkə hesabında yeni fotolar paylaşan müğənni pəhrizə dair rus dilində şeir də yazıb.
Onun paylaşdığı qeyri-adi şeir qısa müddətdə müzakirəyə səbəb olub.
Qeyd edək ki, Azərbaycanda qeyri-adi şeirləri ilə Əməkdar artist Elza Seyidcahan məşhurdur.
Nigarın paylaşdığı sözügedən şeiri təqdim edirik:
“Pəhriz xatırlayıram
Yataqda, hamamda, tualetdə,
Terapevtin qəbulunda,
Yenə qapının ağzında ilişib,
Həmişə, hər yerdə və hər yerdə...
Özüm yeyirdim,yedim, yeyəcəm...”