“Runnig Scared” mahnısı ilə Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxaq mahnı müsabiqəsi ilə Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan populyar müğənnilər Nigar Camal və Eldar Qasımov daha bir yeniliyə imza atıblar.
Oxu.Az xəbər verir ki, onlar AzTV-nin efirində birbaşa yayımlanan “Telesəhər” proqramında aparıcılıq edəcəklər.
Nigarla Eldar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət sahələrinin parlaq simaları olacaq.
Sözügedən proqramının anons çəkilişləri artıq yekunlaşıb. AzTV-nin bədii rəhbəri, məşhur teleaparıcı Ranar Musayev çəkilişdən olan ən maraqlı görüntüləri lentə alaraq şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Verilişin səs-küylü və rəngarəng anonsu tezliklə AzTV-nin efirində yayımlanacaq.
Посмотреть эту публикацию в InstagramRəşad Əliyev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər