"Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli bir milyondan çox izləyicisi olan rəsmi "Instagram" hesabını sıfırlayıb.
Oxu.Az xəbər verir ki, o, paylaşdığı bütün videoları, fotoları silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.
Bloqerin yalnız "TikTok" hesabındakı paylaşımlar yerindədir.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub. N.Şakirli Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma - Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkir.
Aytac Qasımova
Rəylər