Teleaparıcı Ramin İbrahimov mətbuatda nişanlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, aparıcı İnstagram-da bunları yazıb:
“Hörmətli jurnalistlər, paylaşdığım şəkillər mənim nişan yox, həri mərasimimdəndir. Allahın izni ilə, nişan oktyabr ayında baş tutacaq. Xahiş edirəm, buna aydınlıq gətirin. Xəbərin altında yazılan şərhlərə diqqət yetirin. Bunu da sizdən xahiş edirəm. Qəlbiqara insanlar ürəyindəki çirkabı rəylərə tökürlər. Hər kəsə təşəkkür edirəm. Allah hamıya qismət etsin”.
Qeyd edək ki, Ramin ATV telekanalının aparıcısıdır. O, teleaparıcı Turan İbrahimovun qardaşıdır.