Azəri Günel və qardaşı Tunar Rəhmanoğlu “Səndən insaf dilər yarın” adlı duetinə çəkdirdikləri klipi təqdim ediblər.
Oxu.Az xəbər verir ki, klip ilk dəfə Türkiyənin “Kral TV” kanalında yayımlanıb. Bu haqda Günel İnstagram hesabında məlumat verib.
Bəstənin sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunara aiddir. Ekran işini türkiyəli rejissor Hasan Kuyucu ərsəyə gətirib.