“Zülfiyyə Xanbabayevanın geyimlərinə və tərzinə heyranam. Açıq-saçıq geyindiyini görməmişəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda deyib.
Proqramda qonaq olan sənətçi çimərliyə gedən xanımları tənqid edib:
“Çimərliklər bizi biabır edir. Onları hamam kimi ayırsalar, yaxşı olardı. Qadınlar ayrı, kişilər də ayrı çimsin.
Çimərliyə ailəmlə getmərəm. Ədəb-ərkan yaxşı şeydir. Restorana gedirsən, yanında xanım olanda özünü yığışdırırsan. Qadın abırdır, ərkandır, qeyrətdir. Mən 5 bacının namusu, qeyrəti ilə yaşamışam”.
Rəşad Əliyev