Müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib.
Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, türk mahnısı olan “Güm-güm” adlı mahnıya klip çəkdirib.
“Nəhayət yeni klipimim bu gün ərsəyə gəldi. Ekran işinin çəkilişləri on iki saat davam edib. Klipdə az da olsa açıq-saçıq səhnələr yer alıb. Belə ki, klipdə prodüserim Rəmzi Baxşıyev, model Elçin, oriyental rəqqasə Rəna Ağamuradova, dostum Nunu Allahverdizadə də rol alıb. Çəkilişlər dəniz kənarında baş tutdu. Əsl yay abu-havasındadır. Güman edirəm ki, bu klip bir çoxlarınn ürəyincə olacaq”.
Qeyd edək ki, klipin rejissrou Nail Naiboğlu, operatoru Cavid Orucludur.
Aytən Sadıqzadə
www.oxu.az