Bir vaxtlar məni Corc Marinoviçə oxşadırdılar. Sonra toylarda “Çinqaçuk” deyirdilər.
Oxu.Az xəbər verir ki, bunu xalq artisti Niyaməddin Musayev “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində deyib.
Xalq artisti özünün bir çox məşhurlara bənzədilməsindən danışıb:
“İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər”.